Müdafiə Nazirliyi işçi axrarır

  • By admin
  • 30 May 2017 14:08

mudafiə

Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunacaq “Ehtiyat zabit hazırlığı kursu”na və “Gizir (miçman) hazırlığı kursu”na namizədlərin qəbulu elan edilib.

Gununsesi.info xəbər verir ki, qəbulun şərtləri də açıqlanıb.

“Ehtiyat zabit hazırlığı kursu”namüddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşınadək ali təhsilli vətəndaşlar qəbul olunurlar.

Qəbul olunmaq üçün müraciət etmiş namizədlər test üsulu ilə ümumi fənlərdən və fiziki hazırlıqdan keçirilən imtahanlara cəlb edilirlər.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində təşkil olunan “Gizir (miçman) hazırlığı kursu”namüddətli həqiqi hərbi xidmətini başa vurmuş, tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar qəbul olunurlar.

Qəbul olunmaq üçün müraciət etmiş namizədlər test üsulu ilə ümumi fənlərdən və fiziki hazırlıqdan keçirilən imtahanlara cəlb edilirlər.

Gununsesi.info