Müdafiə Nazirliyi məlumat yaydı: Təcili yardım maşınına atəş açılması…

  • By admin
  • 20 Sentyabr 2023 06:48

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar tamamilə yalandır.

Bu barədə Gununsesi.info-ya Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

“Beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədilə yayılan bu məlumatı qəti surətdə təkzib edirik”, – hərbi qurum diqqətə çatdırıb.