Müdafiə Nazirliyində vacib toplantı

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə cari ilin yekununa dair toplantı keçirilib.

 

Müdafiə Nazirliyindən Gununsesi.info  -ya verilən xəbərə görə, toplantıda 2023-cü il ərzində ölkəmizdə hərbi əməkdaşlıq çərçivəsində görülən işlərdən danışılıb. Növbəti ildə bu istiqamətdə icra olunacaq fəaliyyətlər, o cümlədən perspektiv planlarla bağlı ətraflı məlumatlar verilib.

 

Tədbirin sonunda hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.

 

Gununsesi.info