Müdafiə Nazirliyinin rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət etdi - FOTO

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti fevralın 26-sı Xocalı soyqırımı abidəsini ziyarət edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

HTML tutorial

Bildirilib ki, Müdafiə Nazirliyinin rəhbərliyi abidə önünə gül dəstələri düzərək faciə qurbanlarının xatirəsinə ehtiram nümayiş etdirib.