Müdafiə Nazirliyinin əməkdaşları şəhidləri yad etdilər

  • By admin
  • 20 Yanvar 2022 11:23

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə Gununsesi.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

 

Gununsesi.info