“Müflisləşmə və iflas haqqında” qanun publik hüquqi şəxslərə şamil edilməyəcək

  • By admin
  • 01 Fevral 2017 16:15

meclis
“Müflisləşmə və iflas haqqında” qanun bütün publik hüquqi şəxslərə şamil edilməyəcək.

Gununsesi.info-nun məlumatına görə, bu, bu gün Milli Məclisin plenar iclasında qəbul edilən “Müflisləşmə və iflas haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil olunur. Qanun Mərkəzi Banka şamil edilməyib. Dəyişikliyə əsasən, Mərkəzi Bankın adı bu maddədən çıxarılıb, qanunun publik hüquqi şəxslərə şamil edilməyəcəyi əlavə olunub.

Xatırladaq ki, Mərkəzi Bank da artıq publik hüquqi şəxsdir.

Mürtəza

Gununsesi.info