Müğənni 8 illik ailə həyatına son qoydu

  • By admin
  • 04 İyul 2016 10:27

zara

Rusiyalı müğənni Zara 8 illik ailə həyatına son qoyub.

Gununsesi.info axşam.az-a istinadən xəbər verir ki, ifaçı həyat yoldaşı Sergey İvanovla ayrılıb.

Bu haqda Zara müsahibələrinin birində deyib.

İfaçı boşanması ilə bağlı suallara “Düzdür, ərimlə boşandıq. Nikahımızı bir müddət əvvəl pozduq. Bu ikimiz üçün də çətin qərar idi, amma bunu etməyə məcbur idik. Boşanma hər iki tərəfin razılığı ilə oldu” cavabını verib.

Zara onu da qeyd edib ki, ayrılmalarına dava və ya xəyanət səbəb olmayıb.

Qeyd edək ki, Zara və Sergey 2008-ci ildə ailə qurmuşdu. Cütlüyün Dani və Maksim adlı iki övladı var.