Müğənni Azərindən zərərli ifa -VİDEO

Tanınmış müğənni Azərin Türkiyə mediasında Türkün bayrağına həsr olunan şeirin sözlərini dəyişərək oxuyub.

Gununsesi.info bildirir ki, tanınmış sənətçi ifasında “Türkün şanlı bayrağını Zəngəzurda və Qüdsdə asacağıq” deyə mahnı ifadə edib.

Qeyd edək ki, son zamanlar bəzi YAP funksionerlərinin və medianın “Zəngəzura girəcəyik” tipli çağırışları ölkəmiz beynəlxalq ictimaiyyət tərəfindən tənqid olunmasına səbəb olub.

Hətta bu çağırışlardan sonra Fransa Ermənistanın işğal təhlükəsi altında qaldığını əsas gətirərək bu ölkəyə ciddi hərbi yardımlar edib.

Prezident İlham Əliyevin və onun köməkçisi Hikmət Hacıyevin son açıqlamalarından sonra bu cür zərərli çağırışlara son qoyuldu və Zəngəzur söhbətləri arxa plana keçdi.

Ancaq görünür, beynəlxalq hüquqdan anlayışı olmayan, bu cür ifanın nə dərəcədə zərərli olacağını dərk etməyən Azərin də küyə düşənlərdəndir.

Ancaq tanınmış insanların bu cür hərəkətlərinin bir adı var:

Məsuliyyətsizlik!

 

 

 

Şəbnəm

Gununsesi.info