Daxili İşlər Nazirliyi müğənni Kərimin restoranların birində döyülməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.
Gununsesi.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Globalinfo.az-a bildirib ki, sentyabrın 10-da axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş vermiş insidentlə bağlı qarşılıqlı şikayətlər əsasında ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb.
Tərəflərin ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Araşdırma davam etdirilir.
Oxu.az-ın əldə etdiyi məlumata görə, müğənni Kərim Abbasovun fonoqram ifa etməsi məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib.
Gununsesi.info