Müğənni Nazənin nəvəsinin alimentini ödəmir - KEÇMİŞ GƏLİNİNDƏN İDDİA

  • By admin
  • 27 Sentyabr 2017 18:00

nazenin

Xəbər verdiyimiz kimi, Pirazova Tamilla Piraz qızı redaksiyamıza zəng edərək, müğənni Nazənin Salayevanın keçmiş gəlini olduğunu, illər əvvəl ifaçının oğlu Salayev Fəxridən qeyri-rəsmi nikahla Aylin adlı qız övladı dünyaya gətirdiyini, hazırda həmin uşağın 4 yaşında olduğunu, Nazənin Salayeva ilə Fəxri Salayevin uşaqla maraqlanmadığını və ona aliment ödmədiyini iddia edib.

Gununsesi.info oxu.az-a istinadənxəbər verir ki, bununla bağlı Salayev Fəxri Qasım oğlunun vəkili Gülnar Nəzərliilə əlaqə saxlayıb.

Vəkil sözügedən məsələ ilə bağlı açıqlamasında bunları deyib: “Mən o xanımı məhkəmədə görməmişəm. Tamilla xanım bildirir ki, Nazənin xanımın gəlini olub.  Məni ictimaiyyət arasında tanıyanlar bilir ki, həmişə xanımların hüquqlarını müdafiə edirəm. Amma bu halda, Tamilla xanımın fikirləri ilə razı deyiləm. Əgər onun gəlini olubsa, Nazənin xanımın ona elçi gedən, xeyir-dua verən, xına, toy mərasimində iştirak edən zamanı əks etdirən foto və məlumatları məhkəməyə təqdim etsin və desin ki, mən, doğrudan da, Nazənin xanımın gəlini olmuşam, indi isə belə alınıb. Biz məhkəmədə sübuta yetirdik ki,  bu, yanlış məlumatdır.

Məndə olan məlumata görə, həmin xanım Salayev Fəxridən yaşca böyükdür. Hamilə olanda Salayev Fəxriyə deyib ki, bu uşağın sənə heç bir aidiyyəti yoxdur. Mən bu uşağı özüm üçün, ana olmaq çün dünayaya gətirirəm və mənim gələcəkdə sənə qarşı heç bir tələbim olmayacaq. F.Salayev ona bildirəndə ki, “Bizim nikahımız yoxdur, evliliyimiz olmayacaq, biz ayrı-ayrı insanlarıq, bizə xeyir-dua verilməyib, uşağı peşman etməyək, belə bir şey varsa, tədbir gör”, xanım dönə-dönə bildirib ki, bu uşaq səndən deyil və sənə qarşı heç bir tələbim yoxdur. Amma illər sonra məhkəməyə müraciət edib. Məhkəmədə DNT testi vasitəsilə uşağın  atasının kimliyinin müəyyənləşdirilməsi tələb olunub və uşağın atasının Fəxri olması məlum olub. Bundan sonra o, aliment tələb edib.

Bu gün Pirazova Tamilla Piraz qızı kimi, Salayev Fəxri Qasım oğlunun da öz hüquqlarını müdafiəsi məqsədilə məhkməyə müraciət etməsi onun təbii və konstitusion hüququdur. Salayev Fəxri, doğrudan da, alimentin miqdarının azadılması ilə bağlı məhkəməyə müraciət edib. Çünki  indi o, rəsmi və el adəti ilə nikaha daxil olmuş ailə başçısıdır. O, Azərbaycan Respublikasının vətəndaşıdır və hal-hazırda işsizdir. Salayev Fəxrinin hazırda rəsmi nikahla doğulan bir övladı və  həmin nikahdan yolunu gözlədiyi ikinci körpəsi var. Eyni zamanda, Aylin də var. Deməli, o, işsiz halda üç – ikisi nikahdan, biri isə aldadılma yolu ilə dünyaya gətirilmiş körpəyə sahibdir. O, cinayət törətməlidir? Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq, hər bir vətəndaşın alimentin miqdarının azaldıma, çoxaldılma, ləğvi, dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ var. Məhkəmə Salayev Fəxrinin iddiasını təmin edə və etməyə bilər.

Tamilla xanım söyləyir ki, uşaq xəstə, gücsüzdür, onun alimenti ödənilməlidir, Nazənin xanım aliment ödəmir. Nazənin xanım iki uşaq anasıdır. O uşaq Salayev Fəxrinin övladıdır. Bunu Nazənin xanımın adına “yapışdırmaq” lazım deyil. Nazənin xanım öz valideyn vəzifəsini zamanında yerinə yetirib. Bu, Salayev Fəxrini hüququdur.

İnidyədək ona aliment ödənilib, son iki aydır məhkəmədə mübahisə gedir. Hansı qərar çıxacaqsa, o da hər iki tərəf üçün məcburi olacaq”.

Gununsesi.info