Müğənni Robbi Uilyams futbol klubunun prezidenti olub

  • By ilhame
  • 28 Yanvar 2024 09:04

Britaniyalı müğənni Robbi Uilyams İngiltərənin “Port Veyl” futbol klubunun prezidenti olub.

 

Gununsesi.info xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.

 

Musiqiçi doğulduğu Stok-on-Trent şəhərindən olan komandanın çoxdankı azarkeşidir.

 

“Mənim həyatım qeyri-adi və gözəldir, onun çoxlu dönüşləri olub və prezident postunu almaq xüsusi bir şeydir”, – sənətçi bildirib.

 

Qeyd edək ki, “Port Veyl” hazırda İngiltərə futbol liqası sistemində üçüncü divizion olan “Liqa 1”də turnirdə qalmaq uğrunda mübarizə aparır.

Gununsesi.info