Müğənni Xulio İqlesias Dominikan hava limanında saxlanılıb

  • By ilhame
  • 15 Yanvar 2024 20:09

80 yaşlı ispan müğənni Xulio İqlesias Dominikan hava limanında saxlanılıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

 

Bildirilib ki, Baham adalarından gələn ifaçının çamadanlarında 40 kq-dan çox ərzaq olub. Gömrükçülər onun çamadanlarında gətirilməsi qadağan olunmuş mallar aşkar ediblər.

 

İfaçı və onunla birlikdə səyahət edənlər bir neçə saatdan sonra sərbəst buraxılıblar.

 

Gununsesi.info