Bakıdakı parkinq qiymətləri ilə bağlı zaman-zaman narazılıqlar olur.
Vəziyyət isə dəyişməz qalır.
Gununsesi.info-ya müğənni Samirə Rəcəbli də etirazını bildirib.
O qeyd edib ki, Bakıda parkinq qiymətləri adamı maşın sürməyə peşman edir.
“6 manat, 8 manat, 12, 20, 30, 40-bu nə qiymətlərdir? Niyə bir saata qədər 2 manatdır, iki saata qədər 3 manat, iki saatdan sonra isə 6 manat. Kim təyin edir bu kosmik qiymətləri? Bu necə arifmetik proqressiyadır belə? İçərişəhərdə isə 20, 30, 40 manat. İnsafınız yoxdur sizin? Hamı şikayət etməlidir, bu qiymətlərə yenidən baxılmalıdır”,- deyə o, həmçinin bildirib.
Orxan












