Müğənnidən sərt sözlər - "EŞŞƏYİN DƏ SƏSİ VAR, GƏRƏK OXUSUN?"

  • By admin
  • 30 İyul 2017 11:58

sebine_babayeva_054

Eurovision” təmsilçimiz Səbinə Babayeva həmkarlarının bostanına daş atıb.

Gununsesi.info milli.az-a istinadən bildirir ki, ifaçı “Xəzər maqazin”ə açıqlamasında müğənniləri bayağılıqda günahlandırıb:

“Müğənninin gərək səsi olsun. Hər səsi olan da oxumamalıdır. Ona qalsa, kobud ifadəmə görə üzr istəyirəm, eşşəyin də səsi var. Bu o demək deyil ki, o da oxumalıdır”.

Səbinə mahnılarını dinlədiyi müğənnilərin adlarını da açıqlayıb:

“Sevda Ələkbərzadəni, Samiranı, Manananı, Samir Cavadzadəni dinləyirəm. Müğənnilərin əksəriyyəti toy üslubunda oxuyur. Hətta elə mahnılar yazırlar ki, qabaqcadan düşünürlər, toy tutsunlar”.

Gununsesi.info