
22 iyul Milli Mətbuat günüdur. Bu gün bizim günümüzdür. Bir qələmlə müharibəni yaradıb o qələmlə də sülhü bağlaya bilən zümrə. Boşuna bizə 4-cü hakimiyyət demirlər. Əlimizdə döyüş silahımız, dilimizdə şirin sözümüz də qələmdir. Bu gün kütləvi informasiya vasitələri çox insanların həyatında böyük rol oynayır. Xüsusilə mədəniyyətimizin ayrılmaz hissəsi olan şou -biznes nümayəndələrinin tanınmasında əvəzsiz rolu var. Bəs görəsən onlar jurnalistlərdən razıdırmı? Gununsesi.info bu barədə kiçik sorğu keçirib. Bu günün mətbuat günü olduğunu bilib bizi təbrik edənlər də oldu, ümumiyyətlə xəbərsiz olanlar da. Maraqlı sorğunu diqqətinizə çatdırırıq.
Əməkdar artist Aybəniz Haşımova: “Razı olduğum jurnalistlər də var, olmadıqlarım da. Bəzən insanların gözündən salacaq elə şeylər yazırlar ki, məəttəl qalırsan. Amma bu hamısına aid deyil. Mən ümumiyyətlə bütün Azərbaycan jurnalistlərini bu gün münasibəti ilə təbrik edirəm. Azərbaycan mədəniyyətinin, siyasətinin mənafeyi uğrunda qələmləri həmişə iti olsun. ”
Müğənnin Elariz Məmmədoğlu: “Mətbuat günü olduğunu bilmirdim. Amma onlardan razıyam sağ olsunlar. 1997-ci ildən oxumağa başlamışam. Efirə təzə-təzə çıxırdım deyə əvvəllər yalan məlumatlar yazan çox idi amma sonra hamısı ilə dostlaşdım artıq haqqımda pis yazan yoxdu. Bizim həyatımızda sizin rolunuz böyükdür. Əgər hansısa yeni efirə çıxan bir müğənni mediadan istifadə edirsə bu hala yaxşı baxıram. Televiziya, radio, müxtəlif media qurumları bizim üçün vacibdir və hər birinin ayrı-ayrılıqda əvəzolunmaz yeri var”.
Xanım sənətçi Sevda Yahyayeva: “Mən sizin hamınızı təbrik edirəm. Jurnalistlər mənim dostumdur. Onların bir yazısı insanı ruhdan sala bilər və ya əksinə elə bir yazı yaza bilərlər ki, ifaçını yenidən həyata qaytarsın. Hamısı ilə dostam və böyük hörmətim var”.
Mətanət Əsədova: “Əvvəlcə başda rəhbəriniz olmaqla bütün redaksiyanı təbrik edirəm. Bütün kütləvi informasiya vasitələrinin nümayəndələrinə can sağlığı, Allah sevgisi, ruzi və uğurlar arzu edirəm. Mən bir sənətkar kimi deyirəm o yalan yazılan yazılar bizi əsəbiləşdirsə də mən yenə də onların qəlblərinə dəymirəm. Düzdü mənim yaralarımı sarımaq əvəzinə qaşısalar da mən insanlığımı qoruyuram. Allah yaratdığı qula qul kimi baxıram. “Barmaqlarına sarıyıb” oynatsalar da onlara dəymirəm. Onlar da bir ananın övladıdır. İnsanlarla insan kimi rəftar edirəm. sizin saytın”.
Xalq artisti Faiq Ağayev: “Qeyrətli, düzgün, qərəzsiz və peşəkar jurnalistləri təbrik edirəm.
Sevinc Xeyrulla