Müğənninin bu görüntüləri tənqid olundu - VİDEO

  • By admin
  • 02 Sentyabr 2019 14:53

 

Bir neçə gündür ki, Rusiyanın məşhur müğənnisi Lyubov Uspenskayanın sosial şəbəkələrdə qalmaqala səbəb olan görüntüləri yayılıb. 

Gununsesi.org xəbər verir ki, 65 yaşlı şanson ifaçısının paylaşılan videosunda Azərbaycan haqqında fikirləri yer alıb.

Görüntülərdə Lyubov erməni ilə birgə Bakı səfərini müzakirə edir. O, Azərbaycanda olarkən restoranların birində xeyli içki qəbul etdiyini, bundan sonra sərxoş halda erməni mahnısı ifa etdiyini bildirib:

“Müharibənin qızğın vaxtında Bakıya qastrol səfərinə getmişdim. Restoranların birində konsert verdim. Azərbaycanlılar mənə dedi ki, Lyuboy oxu! Səhnəyə çıxdım, Androniklə bağlı mahnı oxudum. Bir də gördüm ki, onlar zalı tərk edirlər”.

 https://ok.ru/video/1400184703594

Sözügedən kadrlara Azərbaycanın tanınmış simaları da rəy bildirib. Diktor Nərgiz Cəlilova instaqram hesabında post paylaşaraq rus sənətçini tənqid edib:

“Dövlətin qara siyahısına salınacaq insanlardan biri də bu olar, inşallah! Əziz dostlar, bu videoya bəyənmə işarəsi qoymayın, sadəcə dinləyin. Azərbaycanımıza tez-tez dəvət etdiyimiz bunlara nə ad qoymaq olar? Dostumuzu, düşmənimizi tanıyaq”.

Uspenskayanı tənqid edənlər arasında “Eurovision- 2011” qalibi Eldar Qasımov da var.

“Əsəbimdən partlayıram.Onlar bizim qonaqpərvərliyimizdən həzz alır, sərxoşluqda başlarını itirənə kimi içir, tuluqlarını doldururlar. Sonra da azərbaycanlıların ən yaralı yerinə toxunaraq lağa qoyub ələ salırlar. Yedizdirdik, içizdirdik, isti qarşıladıq. Nəticədə isə onlar bizimlə bur cür rəftar etdilər”, – deyə Eldar qeyd edib.

 

 

Xalq artisti Flora Kərimova da “Show News”a açıqlamasında gündəmi zəbt edən videoya münasibəti birmənalı olmayıb:

“Sərxoş qadın özündə və sözündə olmur. Mehriban Lyubov xanım, mən sizin şəxsiyyətinizdən xəbərdar deyiləm. Lakin bizdə qadınlara hörmət əlaməti olaraq “xanım” deyirlər. Mən bilirəm ki, siz içkili olmusuz.  Azərbaycan kişiləri qadınları qarşısında hörmət əlaməti olaraq papaqlarını çıxardığı ölkədir.  Ola bilsin ki, onlar sizi çətin vəziyyətə salmaq, biabır etmək istəməyiblər. Bu, bizim kişilərə görə deyil. Siz çıxıb erməni dilində mahnı oxumamalı idiz. Bunu mən sizə öyrətməməliyəm. Siz bu videoda ürəyi qan ağlayan, gənc oğlunu müharibədə itirən anaları yaralamısız. İçkili olmaq qadının bəzəyi deyil”.