Müğənni Yeganə Mürsəlova: “Həmin mahnının hesabına mənzillər, avtomobillər aldım” – VİDEO

Müğənni Yeganə Mürsəlova məşhur “Taleyim” mahnısından danışıb.

“Qafqazinfo” xəbər verir ki, sənətçi “Xəbər-ətər” proqramında bəstənin onun həyatında bir çox şeyi dəyişdiyini açıqlayıb:

“Barmaqla sayılacaq qədər ifaçılardanam ki, “Taleyim” mahnısını oxuyandan sonra özümə mənzil yox, mənzillər, avtomobillər almışam. Bu yaxınlarda “Taleyim” mahnısını bir məclisdə ifa etdim. Bu nəğməni 22 il əvvəl oxumağıma baxmayaraq, hələ də ifa etməyimi istəyirlər. Adımı bilən yoxdur. Elə “Taleyim” adı ilə çağırırlar. O mahnı ilə kifayət qədər pul qazanmışam. O zamanlar mahnılar kasetə yazılırdı, disk yox idi”.

Gununsesi.info