Müğənninin canlı yayımda halı pisləşdi, ifası yarımçıq qaldı - VİDEO

  • By admin
  • 10 Fevral 2023 11:53

Əməkdar artist Yusif Mustafayevin canlı efirdə gözlənilmədən halı pisləşib.

Gununsesi.info xəbər verir ki, sənətçi qonaq olduğu “Xəzər axşamı” verilişində “Əz, oğlum” mahnısını ifa edərkən vəziyyəti ağırlaşıb.

Barmaqları ilə gözlərini sıxan Mustafayev haldan hala düşüb və ifasını yarıda saxlamağa məcbur olub.

“Bütün bu yaşananlara ürək dözmür”, – deyə Yusif Mustafayev vurğulayıb.(bizim.media)

Gununsesi.info