“Muğam axşamları” layihəsi çərçivəsində konsert keçirilib - FOTOLAR

  • By admin
  • 02 Noyabr 2017 20:46

Noyabrın 1-də Beynəlxalq Muğam Mərkəzində, Beynəlxalq Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının birgə layihəsi olan “Muğam axşamları” adlı layihənin ikinci mərhələsinin növbəti konserti keçirilib.

Gununsesi.info trend-ə istinadən xəbər verir ki, konsertdə “Orta Mahur” və “Rahab” muğamları səslənib.

Muğamları xanəndələr,Televiziya Muğam Müsabiqəsinin iştirakçıları Məmməd Nəcəfov,Nisbət Sədrayeva və Gülnar Qüdrətli ifa ediblər.

İlk olaraq səhnəyə Məmməd Nəcəfov çıxaraq “Rahab” muğamını, sonra isə Nisbət Sədrayeva və Gülnar Qüdrətli “Orta mahur” muğamını səsləndiriblər.

Gecədə xanəndələri tarda “Muğam” instrumental ansamblının bədii rəhbəri, əməkdar artist Sahib Paşazadə, kamançada əməkdar artist Toğrul Əsədullayev, qanunda əməkdar artist Çinarə Heydərova, udda Şəfa Kərimov, balabanda Azad Əliməmmədov, nağarada Emin Cəbrayılov müşayiət ediblər.

Xanəndələrin muğamlarla bərabər səsləndirdikləri xalq mahnıları da tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Noyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində,növbəti konsertdə”Bayatı-Qacar” və “Şahnaz” muğamları səslənəcək.

Biletləri şəhərimizin kassalarından və iticket.az saytından əldə edə bilərsiniz.

 

 

Gununsesi.info