“Muğam sənətinin qorunması və inkişafı haqqında” qanun layihəsinin də hərəkətə gətirilməsi istiqamətində artıq addımlar atmalıyıq.
Gununsesi.info xəbər verir ki, bu barədə akademik, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.
Komitə sədrinin sözlərinə görə, bu sənədin də parlament müzakirələrinə çıxarılması vacibdir və buna ciddi ehtiyac duyur:
“Bu haqda parlamentimizin rəhbərliyi ilə də bir daha müzakirələr aparacam. Çünki bu qanun layihəsinin hərəkətə gətirilməsi, müzakirələrə çıxarılması lazımdır. Bu sənəd müzakirələrə də tam hazırdır”.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info