
Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Muğanbank” ASC-nin sabiq xəzinədarı Azad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Gununsesi.info xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, A.Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, A.Əliyev bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, vəzifə səlahiyyətlərini aşmaqla, bankın Dostluq filialının inzibati binasında fiziki şəxslərə məxsus təxminən 500 min manatı dələduzluq yolu ilə ələ keçirib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.
Gununsesi.info








