Muğlada yaşayış məntəqələrini alov bürüdü

  • By admin
  • 01 Avqust 2021 15:34

Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda meşə yanğınları davam edir.

 

Gununsesi.info xəbər verir ki, yanğın yaşayış bölgələrinə də yayılıb. Bu səbəbdən bölgədə evlər boşaldılıb, hazırda əhali təxliyə edilir.

 

Güclü külək alovun qısa vaxtda geniş əraziyə yayılmasına səbəb olub.

 

Qeyd edək ki, Türkiyədə iyulun 28-dən başlayan meşə yanğınları ölkənin müxtəlif bölgələrini əhatə edir. İndiyədək  107 yanğın nəzarət altına alınıb.

Gununsesi.info