Mühəndis Almaniyada ən böyük şəxsi kitabxanalarından birini yığdı

  • By admin
  • 03 Fevral 2023 13:43

Mühəndis Almaniyada ən böyük şəxsi kitabxanalarından birini yığdı

70 mindən çox kitab Almaniyanın qərbində yerləşən Alman Mettingen sakini tərəfindən toplanıb.

Mədən mühəndisi Bruno Şröder bununla da ölkənin ən böyük şəxsi kitabxanalarından birinin yaradıcısı olub. O, 2022-ci ildə vəfat edib. Kolleksiya müvəqqəti olaraq Şröderin keçmiş tibb bacısı Renate Abelnə həvalə edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki , bu haqqda məlumatı Renate Abelnə bildirib. “Rəflərdə olanlara qısaca nəzər salsanız, sanki kitab mağazasının rəfləri kimi görünə bilər. Bəs o, həqiqətən də onları oxuyubmu? Məncə, onun buna vaxtı yox idi, çünki o çox məşğul olub. O, sadəcə kitabları rəflərə yerləşdirirdi”.

Şröderin ölümündən sonra kitabxanasının taleyi məlum deyil. Keçmiş tibb bacısının sözlərinə görə, kitabların verilə biləcəyi namizədlər artıq peyda olub, lakin ailə hələlik son qərarını verməyib.

 

Adil Elxanoğlu

Gununsesi.info