Mühacir səfirə ağır itki - ARİF MƏMMƏDOV QAYNATASINI İTİRDİ

  • By admin
  • 23 Oktyabr 2017 22:09

alim

“Bu gün 82 yaşında Üzeyir (Hacıbəyovun) bəyin xalası nəvəsi, geologiya üzrə görkəmli alim, qayınatam Asəf Ələkbər oğlu Əliyev vəfat etdi”. Gununsesi.info bildirir ki, bunu hazırda xaricdə mühacir həyatı yaşayan səfir Arif Məmmədov özünün sosial şəbəkədəki hesabında yazıb.

O, bildirib ki, qaynatası onun üçün həm də saf, dəyərli insan olub: “Həyatımda onu kimi alicənab, saf və dürüst insan, ziyalı görməmişdim”.

Arif Məmmədov daha sonra yazır: 

 1972 ildə Asəf bəy ABŞ-nım aparıcı Harvard Universitetində geologiya üzrə dərs deyirdi.

Müxtəlif ölkələrdə BMT xətti ilə mütəxəssis qismində işləyirdi.

Ən əsası isə Asəf bəyin saf genləri mənim balalarımın qanında axır.

Qarabağ bəylıyi nəslindən olan qayınatamın ən böyük arzusu Qarabağı işğaldan azad olunmasını görmək idi. Son günlər o artıq heç kimi tanımırdı, amma Qarabağ sözü son nəfəsinə kimi dilindəyidi.

Təəssüflər olsun ki , Asəf bəyin qızı və mənim həyat yoldaşım Cəmilə, və mən sabah onu torpağa tapşıra bilməyəcəyik.

Allah bütün dostların Rəhmətə getmiş qohum və yaxınlarına rəhmət eləsin.
AMİN!

P.S. Gununsesi.info olaraq, Arif Məmmədova qaynatasının vəfatı ilə bağlı dərin hüznlə baş sağlığı veririk.

Allah rəhmət eləsin!

aaa