Bakıda və Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakının Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan mühafizə köşkü yanıb. Yaxınlıqdakı tikili yanğından mühafizə olunub.
Abşeron rayonu, Xırdalan şəhərində isə vətəndaşa məxsus ümumi sahəsi 45 m2 olan ayaqqabı mağazasının lambirdən ibarət tavanı 8 m2 sahədə və içərisində olan ayaqqabılar qismən yanıb. Mağazanın qalan hissəsi və bitişik digər obyektlər yanğından mühafizə olunub.
Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info