Müharibə ABŞ-yə günə yarım milyard dollara başa gəlib

ABŞ-nin İrana qarşı müharibəsi günə milyonlarla dollara başa gəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Financial Times” qəzeti müdafiə ekspertlərinə istinadla yazır.

Bildirilib ki, İranın ABŞ-nin bahalı radar sistemlərini dağıtması Vaşinqtonu Çin kimi təhdidlərlə gələcəkdə mümkün müharibələrdə zəif duruma salıb.

Fevralın 28-dən başlayan müharibədə aprelin 7-də ikihəftəlik atəşkəs əldə olunduğu açıqlanıb. Münaqişədə 13 amerikalı əsgər öldürülüb, azı 300 əsgər yaralanıb.

Beş həftə ərzində İrana qarşı kampaniyanın dəyəri 22.3 milyard dollardan 31 milyard dollaradək olub. Bunu Pentaqonda büdcə üzrə keçmiş aparıcı rəsmi Eleyn Makkasker hesablayıb.

Bu hesablamaya ABŞ-nin Yaxın Şərqə yerləşdirdiyi əlavə aktivlərin dəyəri də daxildir, amma döyüşlərin tam itkisi hesablanmayıb, bu, əməliyyatlar dayandırılandan sonra bilinə bilər.

Rəqəmə döyüşlərin vurduğu ziyan və avadanlıq dəyişdirilməsinə gedən 2.1 və 3.6 milyard dollar daxildir. Məsələn, camaşırxanasındakı yanğına görə “USS Gerald R.Ford” təyyarədaşıyanı təmirə dayanıb.

 

 

Gununsesi.info