Müharibə başlasa məsuliyyət “pul verənlər”in çiyninə düşəcək - ELMAN NƏSİROV

  • By admin
  • 11 Oktyabr 2016 11:40
elman-nesirov-2016
Qarabağda müharibə başlayacağı təqdirdə məsuliyyət Ermənistana silah, pul verən və onun lobbiçilik fəaliyyətinə, işalçılıq siyasətinin yayılmasına yardı edən ölkələrin üzərinə düşəcək.
Bu fikri Gununsesi.info-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
Onun sözlərinə görə, oktyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetində məlum çıxışı zamanı daxili və xarici siyasətlə bağlı mühüm məqamlara toxundu. “Xarici siyasət məsələsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan ölkə başçısı bildirdi ki, bizi bağlı qapılar arxasında Qarabağ məsələsində güzəştə getməyə vadar edirlər. Ölkə başçısı bu fikri ABŞ Dövlət katibi Con Kerrinin Ermənistan-Azərbaycan arasındakı münaqişənin həlli ilə bağlı tutduğu qərəzli və qeyri-obyektiv mövqeyi şərh edərkən  deyib. Ən azından münaqişənin tənzimlənməsi ilə birbaşa məşğul olan ABŞ tərəfindən belə fikrin səsləndirilməsi, münaqişəsinin sülh yolu ilə həllinə deyil, əksinə  danışıqlar prosesinə ciddi maneə törədir. C. Kerrinin bu mövqeyi işğalçı tərəfə işğalçılıq siyasətini davam etdirməyə xidmət edir.  Münaqişənin həlli ilə birbaşa məşğul olan ABŞ-ın  işğala məruz qalanla işğalçı arasında bərabərlik işarə qoyması ədalətsizlik və insafsızlıqdır. Ölkə başçısı da  bunu demək istəyirdi. Ölkə başçısı danışıqlar masasında olan  müəyyən məqamları açıqlaya bildi. Və bildirdi ki, bağlı qapılar arxasında  Azərbaycana Qarabağ məsələsində ciddi güzəştlərə getmək tələb olunur. Ancaq Azərbaycanın indki hakimiyyəti heç zaman güzəştləri qəbul etməyib və etməyəcək də. Ölkə başçısının dediyi kimi Qarabağa Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ən yüksək statusun verilməsinə hazırdır. Azərbaycan sülh danışıqlarına sadiqdir və bu sadiqliyini hər zaman sübut edib”- deyə, millət vəkili vurğuladı.
E.Nəsirov  bildirdi ki, məhz bu hərəkətlərin nəticəsidir Ermənistan BMT TŞ-nin münaqişənin həlli ilə bağlı qəbul etdiyi qətnamələri icra etmir, danışıqlar prosesində pozuculuq fəaliyyəti ilə məşğuldur. “Azərbaycan prezidentinin dediyi ki,  BMT-nin qəbul etdiyi qətnamələrin icra etməməsi Ermənistanın təkbaşına  işi deyil. Çünki onun belə bir mövqe  göstərməsi üçün nə gücü, nə də potensialı var. Ermənistan ona görə bu cür  həyasız hərəkət edir ki,  münaqişənin həlli ilə məşğul ölkələrin biri ona silah, biri pul verir, digəri də lobbiçilik fəaliyyətinə dəstək verməklə, işğalçılıq siyasətini davam etdirməsinə birbaşa yardım edir. Belə olan təqdirdə, əlbəttə ki, Ermənistan danışıqlarda  konstruktivlik nümayiş etdirməyəcək”- deyə, millət vəkili bildirib.
Qarabağ münaqişəsinin hər an alovlanacağını istisna etməyən E. Nəsirov deyib ki, biz sülh danışıqlarını sadiqik, ancaq  proseslər başqa məcrada inkişaf edərsə, həbri əməliyatalrın başlanması istisna deyil və heç kim buna təminat vermir: “Müharibənin alovlanacağı təqdirdə isə məsliyyət Azərbaycanın üzərinə deyil, Ermənistanın, ona  silah, pul və işğalçılıq siyasətini davam etdirməkdə  yardım edən ölkələrin, ATƏT-in Minsk Qrupunun  həmsədr ölkələri, BMT-nin üzərinə düşəcək. Azərbaycan bu məsələdə məsuliyyət daşımayacaq.  Bunu  ATƏT MQ həmsədr ölkələri, beynəlxalq təşkilatlar  gün kimi aydın dərk edir. Ancaq təəssüflər olsun ki,  hələ də bəzi qüvvələr  aprel döyüşlərindən nəticə çıxarmayıb”.
Millət vəkili əlavə edib ki,  Qarabağda  başlayacaq müharibə digər müharibələrdən bir sıra özəlliyinə görə fərqlənəcək: “Qarabağdakı müharibə təkcə bu bölgə ilə  məhdudlaşmayacaq və digər bölgələrə də keçməsi istisnda edilmir. Çünki bu gün biz qloballaşan dünyada yaşayırıq və qloballaşan dünyada hər hansı bölgədə başlayan  münaqişədigər bölgəyə də sirayət edir, orada ciddi narahatçılıqlar doğurur. Ona görə ki, Cənub Qafqazda başlanacaq müharibənin alovunu külək digər bölgəyə apara bilər. Bu aksiomadır və bunun isbata ehtiyacı da yoxdur”.
Mürtəza Bünyadlı
Gununsesi.info