İsrailin ilk hücumlarından sonra ilk dəfə olaraq blokadada olan Qəzza zolağının şimal hissəsinə “məhdud miqdarda” ərzaq yardımı hava yolu ilə çatdırılıb.
Gununsesi.info-nun xəbərinə görə, “Anadolu” müxbiri ilə söhbətində şahidlər bildiriblər ki, müharibə başlayandan bəri ilk dəfə mənşəyi naməlum təyyarələr blokadada olan Qəzza zolağının şimalına, qərb bölgəsi ərazisinə onlarla qutu ərzaq atıb.
Şahidlərin sözlərinə görə, humanitar yardımın ikinci partiyası Qəzza şəhərinin qərb hissəsindəki Rimal məhəlləsindəki parklardan birinin ərazisinə atılıb.
Fələstin mənbələri, humanitar fəlakətin yaşandığı Qəzza zolağına təyyarələrdən paraşütlə atılan yardımın “çox məhdud” olduğunu bildirib.
Bir gün əvvəl Misir ordusu Misir, İordaniya və Birləşmiş Ərəb Əmirliklərinin köməyi ilə həyata keçirilən humanitar yardımın çatdırılması üzrə hava əməliyyatında Qətər və Fransanın da iştirak etdiyini bildirmişdi.
Gununsesi.info