
Müharibə başlayarsa, müharibənin ilk günlərində ölənlərin sayı yüzminlərlə olacaq.
Gununsesi.info “Bloomberg”ə istinadən xəbər verir ki, Koreya adasında müharibə başlayacağı təqdirdə, müharibənin ilk günlərində ölənlərin sayı bir neçə yüz min nəfərə çatacaq.
ABŞ Konqresinin araşdırma xidmətinin hazırladığı hesabatda deyilir ki, nüvə silahı tətbiq edilməsə belə, müharibənin ilk günlərində ölənlərin sayı üç yüz minədək çata bilər. Araşdırmaçıların qənaətinə görə, bir dəqiqədə on minədək artileriya mərmisi atıla bilər ki, bu da 25 milyon insana ziyan vuracaq.
Konqresin hazırladığı hesabatda o da qeyd olunub ki, Koreya adasında müharibə başlayacağı təqdirdə bu münaqişəyə ABŞ, Rusiya, Çin, Yaponiya və digər ölkələrə cəlb oluna bilər.
Şimali Koreyanın Yaponiya və Cənubi Koreya ilə nüvə münaqişəsi baş verəcəyi təqdirdə 2,1 milyon insan ölə bilər. Ümumlikdə isə 7,7 milyon insan hansısa formada bundan xəsarət ala bilər.
Gununsesi.info