
“Radikalların İsrailə qarşı təhlükəsi aradan qalxdıqdan sonra Qəzza zolağı fələstinlilər tərəfindən idarə olunacaq”.
Gununsesi.info xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant televiziyada çıxışı zamanı deyib.
“Qəzzə zolağında fələstinlilər yaşayır və gələcəkdə oradakı fələstinlilər hökmranlıq edəcək. Qəzzanın gələcək hökuməti Qəzza zolağından gəlməli və təhlükə yaratmayan qüvvələr üzərində qurulmalıdır. Hərbi kampaniyanın sonu siyasi cəhətdən təmin edilməlidir”, – Qalant deyib.
Nazir qeyd edib ki, siyasi qərarsızlıq Qəzza zolağında hərbi əməliyyatın gedişinə zərər verə bilər:
“Mən planı İsrail kabinetinə təqdim etmişəm. Hər hansı digər plan kimi bu planı müzakirə etmək və məqsədi müəyyənləşdirmək kabinetin və hökumətin məsuliyyətidir”.
Gununsesi.info