Müharibə olacaq və… - Məşhur öncəgörəndən Azərbaycanla bağlı proqnoz

“Dünyada siyasi vəziyyətin çətinliyi 2026-cı ilə qədər davam edəcək”.

Gununsesi.info  xəbər verir ki, bu barədə məşhur numeroloq (rəqəmlərə əsasən gələcəyi müəyyən edən) Kristina Eqiazarova deyib.

Onun proqnozuna görə, qarşıdakı dövrdə daha çətin hadisələr olacaq.

“Belə hadisələr Avropa və ABŞ-da başlayacaq, pis nəticələri olacaq. Avropa İttifaqı dağılacaq. Ən çox problemlər Fransada olacaq, ardınca İtaliya, İspaniya, Yunanıstan çətinliklərlə üzləşəcək” – o deyib.

Numeroloq Azərbaycanla bağlı da proqnoz verib. Onun iddiasına görə, Azərbaycan və Ermənistan arasında müharibə yenidən başlayacaq.

K.Eqiazarova hesab edir ki, 2023-cü ildə aclığın olacağı istisna deyil, həmçinin, qlobal sərhədlərin bağlanacağı gözləniləndir.

Gunnsesi.info