İranın dəstəklədiyi Suriya, İraq və İordaniyadakı qrupların ABŞ bazalarına hücumları son iki həftədir ki, dayanıb. ABŞ rəsmilərinin sözlərinə görə, Tehran administrasiyası dəstəklədiyi qrupları “ABŞ-ı təxribata çəkməməyə” çağırıb, çünki daha böyük müharibənin başlayacağından narahat olub.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Yaxın Şərqdə İranın dəstəklədiyi qrupların ABŞ bazalarına hücumları ilə bağlı diqqət çəkən proses baş verib. ABŞ rəsmilərinin sözlərinə görə, Tehran administrasiyası dəstəklədiyi silahlı qruplara “ABŞ-ı təxribata çəkməyin” mesajı göndərib. Rəsmilər qeyd edib ki, çünki İran daha böyük müharibənin başlayacağından narahatdır.
Son həftələrdə İranın dəstəklədiyi silahlı qrupların ABŞ-ın İraq, Suriya və İordaniyadakı hərbi bazalarına hücumlarının artması Yaxın Şərqdə gərginliyi artırıb. Nəhayət, yanvarın 28-də ABŞ-ın İordaniya-Suriya sərhədində yerləşən “Qüllə-22” adlı bazasına 350 əsgərin yerləşdiyi hücumda 3 Amerika əsgəri ölüb, 40-dan çox əsgər yaralanıb.
Digər tərəfdən, ABŞ rəsmiləri açıqlama verərkən İran “Arman” ballistik raket əleyhinə sistemi və “Azərxeş” alçaq hündürlükdə hava hücumundan müdafiə sistemlərini təqdim edib.
Məlumata görə, “Arman” anti-ballistik raket sistemi eyni vaxtda 120-180 kilometr məsafədə və 27 kilometr yüksəklikdə 12 hədəfi vura bilir.
Bildirilib ki, “Azərxeş” raket sistemi atəşə hazır olan 4 raketlə 50 kilometr məsafəyə qədər aşağı hündürlükdəki hədəfləri aşkar edib məhv edə bilir.
İsrailin hücumları 7 oktyabr 2023-cü ildə başlayandan bəri İraq, Suriya və İordaniyada ABŞ əsgərlərinə ən azı 170 hücum edilib.
ABŞ prezidenti Co Bayden ABŞ bazasına hücuma cavabın kəskin olacağını və zamanla “öz seçdikləri zaman və yerlərdə” yayılacağını açıqlamışdı.
Gununsesi.info