Müharibə Rusiyanın qələbəsi ilə bitə bilməz - Polşa Prezidenti Anjey Duda

  • By ilhame
  • 03 Fevral 2024 20:25

“Rusiya işğalçıdır, azad dünya Kiyevə kömək etməlidir”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Polşa Prezidenti Anjey Duda rəsmi “X” hesabında yazıb:

 

“Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı mənim hərəkətlərim və mövqeyim ilk gündən məlumdur: Rusiya beynəlxalq hüququ pozur, təcavüzkar və işğalçıdır. Rusiyanın Ukraynaya hücumu və Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərini, o cümlədən Krımı işğal etməsi cinayətdir. Bu müharibə Rusiyanın qələbəsi ilə bitə bilməz. Rusiya imperializmi dayandırılmalı, məğlub edilməli və gələcək üçün bloklanmalıdır”.

Gununsesi.info