Müharibə veteranlarına növbədənkənar məzuniyyət veriləcək

Özəl şirkətlərdə çalışan müharibə veteranlarına hansı güzəştlərin ediləcəyi açıqlanıb.

Gununsesi.info-nun məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov bildirib ki, Əmək Məcəlləsində müharibə iştirakçıları və müharibə veteranları üçün bəzi imtiyazlar nəzərdə tutulub. Bunlardan biri əmək müqaviləsinə ixtisarla xitam verilməsi ilə bağlıdır.

HTML tutorial

“78-ci maddədə qeyd olunub ki, işəgötürən ixtisar zamanı eyni peşə xüsusiyyətlərinə malik şəxslər arasında seçim etdikdə müharibə iştirakçılarına üstünlük verməlidir. Müharibə veteranları üçün əmək məzuniyyətinin növbədənkənar istifadəsi hüququ nəzərdə tutulub. Müharibədə iştirak edən və yaralanan şəxslərə bəzi məzuniyyət hüquqları da müəyyən edilib. Əmək Məcəlləsinə hazırlanan dəyişiklik layihəsinə əsasən, Müharibə veteranlarına daha bir hüquq müəyyən edilib. Belə ki, dəyişikliyə əsasən, Əmək Məcəlləsinin 120-ci maddəsində “Müharibə veteranı” adı əlavə ediləcək”, – deyə F.Heydərov vurğulayıb.

Gununsesi.info