Müharibədə qalib gəlmişik və bu bir reallıqdır- İlham Əliyev

  • By admin
  • 15 Dekabr 2021 11:53

“Ermənistanla vəziyyət nisbətən sabitdir. Qarabağ bölgəsində Rusiya sülhməramlı qüvvələrinin məsuliyyəti zonasında vəziyyət Ermənistan və Azərbaycan sərhədində olduğundan daha stabildir”. 

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın “El Pais” nəşrinə müsahibəsində deyib.

HTML tutorial

“Təəssüf ki, Ermənistan revanş cəhdlərinin qarşısını almayıb. İkinci Qarabağ müharibəsini uduzmaq onlar üçün çox ağrılı idi.  44 günlük müharibə zamanı onların ordusu tamamilə məhv edildi”.
İlham Əliyev deyib ki, dünən Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyilə keçirlmiş üçtərəfli görüşdə Azərbaycanın mövqeyi açıq və aydındır – “Biz sülh istəyirik, müharibə istəmirik!”.

“Müharibədə qalib gəlmişik və bu reallıq nəzərə alınmalıdır. Bizə görə Qarabağ münaqişəsi həll olunub. Dağlıq Qarabağın statusu və ya buna bənzər hər hansı bir müzakirəyə qayıtmaq olmaz. Biz bunu özümüz güclə, siyasi yolla həll etmişik”, – Prezident əlavə edib.

Gununsesi.info