“Müharibədən qaçanları açıq ürəklə qəbul etməyə davam edəcəyik” - OBAMADAN BAYRAM TƏBRİKİ

  • By admin
  • 12 Sentyabr 2016 21:07

obama

Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama və ailəsi İslam dünyasını Qurban bayramı münasibətilə təbrik edib.

HTML tutorial

Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, Qurban bayramının yardım etmək baxımından önəmini vurğulayan Barak Obama qarşıdurmaların yaşandığı bir çox ölkədən milyonlarla insanın daha yaxşı həyat üçün başqa ölkələrə üz tutduğunu xatırladıb.

Obama təbrikində ABŞ-ın qaçqınları bundan sonra da qəbul edəcəyini bildirərək deyib: “Bu il Qurban bayramını qeyd edərkən dünyada milyonlarla qaçqının bu müqəddəs günləri ailələrindən uzaqda, gələcəklərinə əmin olmadan, ancaq yaxşı bir gələcək üçün ümidlə keçirdiklərini bilirik. Biz də özümüzü müharibədən qaçanların, daha yaxşı həyat axtaran insanların yerinə qoyaraq, onları açıq ürəklə qəbul etməyə davam edəcəyik”.

Gununsesi.info