Müharibəyə görə ölkəni tərk edən ukraynalıların sayı açıqlandı

Ukrayna parlamentinin insan haqları üzrə komissarı Dmitri Lubinets Rusiya-Ukrayna müharibəsi səbəbindən ölkəni tərk edənlərlə bağlı açıqlama verib.

Gununsesi.info xəbər verir ki, Dmitri Lubinets müharibənin başladığı 24 fevraldan bəri 14,5 milyondan çox ukraynalının ölkəni tərk etdiyini açıqlayıb.

HTML tutorial

Fevralın 24-dən sonra 14,5 milyondan çox ukraynalı ölkəni tərk edib və onlardan ən azı 11,7 milyonu Aİ ölkələrinə gedib. Avropada 7,7 milyon insan müvəqqəti mühafizə xidmətlərinin alıcısı kimi qeydiyyatdadır”, – o qeyd edib.

Lubinets, davam edən müharibə səbəbindən 4,7 milyon ukraynalının məcburi köçkünə çevrildiyini də vurğulayıb.

Gununsesi.info