Müharibə anonsu: Azərbaycan istədiyini alacaq - VİDEO

  • By admin
  • 10 Yanvar 2023 10:56

“Keçən il Azərbaycan üçün uğurlu il oldu. Baxmayaraq ki, sülh müqaviləsi bağlanmadı, amma Azərbaycan 2022- ci ildə çox şeyə nail oldu”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Millət vəkili bildirib ki, 2022-ci ildə Azərbaycan həm hərbi, həm də siyasi sahədə ciddi uğurlara imza atıb.

“Ermənilərin dövlətçilik tarixi yoxdur. Öz tarixi keşmişi olmayan kölə olan ermənilər yalnız başqalarının məsləhətinə qulaq asırlar. Məhz buna görə 2022-ci ildə sülh müqaviləsi bağlanmadı”, – deyə millət vəkili əlavə edib.

Daha ətraflı videoda:

Gununsesi.info