Müharibə başlayarsa, bu ölkənin yanındayıq – Avstraliya

  • By admin
  • 06 İyul 2017 19:07

avustralya-savas-cikarsa-abdnin-yanindayiz-h1499349676-762fe3

 

Şimali Koreyaya qarşı başladılacaq müharibəyə ölkəmiz də qoşulacaq.

Axar.az xəbər verir ki, bu sözləri Avstraliya Baş nazirinin müavini Bernabi Coys deyib.

O bildirib ki, Pxenyan ABŞ-a raket zərbəsi endirərsə, rəsmi Kanberra Vaşinqtonun yanında olacaq:

“Heç kim ABŞ-ın qətiyyətini sınamaqda irəli getməsin. Şimali Koreya ABŞ-a müharibə elan edərsə, ANSUZ İttifaqı (Avstraliya, ABŞ və Yeni Zellandiya) yenidən toplanacaq”.

Qeyd edək ki, dünən Pxenyan növbəti ballistik raketi sınaqdan keçirib.

Gununsesi.info