Müharibə iştirakçılarına verilən 80 manat artırılmayıb

  • By admin
  • 13 Yanvar 2023 13:38
Sosial müavinətlərin artırılması ilə bağlı dölət başçısı tərəfindən gözlənilən  fərman imzalandı.
Artımlar gözləndiyi kimi 15 faiz olub. 
Gununsesi.info xəbər verir ki, iqtisadçı alim Qubad İbadoğlu 2023-cü il yanvarın 1-dən hansı sosial müavinətlərin məbləğlərinin  nə qədər artırılmasını araşdırıb.
Həmin araşdırmanı təqdim edirik:
1. Yaşa görə müavinət 180 manatdan 220 manata qaldırılıb, bu müavinətlə pensiyaların minimum məbləği arasında fərq 2022-ci ildə 60 manat, həmin fərqi saxlayıbıar, yəni ötən il 180 manat müavinət 240 manat pensiyaların minimum məbləği idi, bu ildən 220 manat müavinət 280 manat pensiyaların minimum məbləğidir.
Yaşa görə müavinət pensiya hüququnu əldə edə bilməyənlərə verilir.
2. Əllilərin soial müavinəti bu ildən belə olacaq. 1-ci qrup əlillər 270 manat, 2-ci qrup əlillər 220 manat, 3-cü qrup əlillər 150 manat alacaq. Ötən il 1-ci qrup əlillər 220 manat, 2-ci qrup əlillər 180 manat, 3-cü qrup əlillər 120 manat alırdı.
3. Ailə başçısını itirməyə görə sosial müavinətin məbləği 100 manatdan 120 manata qaldırıldı.
4. Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə sosial müavinətin məbləği hər uşaq üçün 70 manatdan 100 manata qaldırıldı.
5. Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün sosial müavinətin məbləği 237 manatdan 300 manata qaldırlıdı. İldə 1 dəfə verilir.
6. Uşağın anadan olmasına görə sosial müavinətin məbləği 300 manatdan 500 manata, dəfn üçün müavinətin məbləğu 350 manatdan 500 manata qaldıldı. Hər ikisi ömürdə 1 dəfə ödənilir.
Göründüyü kimi müharibə iştirakçılarına verilən müavinət artırılmadı, 80 manat da saxlanıldı.
Afət Abbasova
Gununsesi.info