Müharibə iştirakçısının medalları oğurlandı - BAKIDA

  • By admin
  • 07 Oktyabr 2016 14:57

medal

Rusiya Federasiyasının Moskva şəhərində yaşayan 1958-ci il təvəllüdlü Yuriy Ağayev Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edib.
Gununsesi.info xəbər verir ki, o, müraciətində bildirib ki, atası 1925-ci il təvəllüdlü İbrahim Ağayevə məxsus müharibə ordenləri və döyüş təltifləri Bakı şəhəri Yasamal rayonu Vidadi küçəsi, ev 50, mənzil 1 ünvanından oğurlanıb.
Müdafiə Nazirliyi öz növbəsində faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Araşdırma aparılır.
Qeyd edək ki, İ.Ağayev İkinci Dünya müharibəsinin iştirakçısı olub.

Gununsesi.info