Müharibədə SON DURUM: Ukrayna ordusu sərhəddə əks-hücuma keçdi

  • By admin
  • 17 Mart 2022 11:02

Rəsmi informasiyaya əsasən, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın ələ keçirərək müdafiəsini saxlamağa çalışdığı sərhədyanı bölgələrə əks-hücumları davam edir. Ukraynalı hərbçilər ötən sutka Rusiya Silahlı Qüvvələrinin 35-ci ümumqoşun ordusunun komanda məntəqəsi və mühafizə taqımını zərərsizləşdirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin müharibədəki son durumla bağlı operativ məlumatında qeyd olunub.

“Düşmənin itkilərinin sayı dəqiqləşdirilir: “Ötən sutka ərzində düşmənin 2 “Su-34” qırıcısı, 3 esminets “Vaçi” “Su-34CM”, 3 “ES” helikopteri və operativ-taktiki səviyyəli pilotsuz uçan aparatı məhv edilib. Quru əməliyyatı keçirə bilməyən rusiyalılar mülki obyektləri hədəf almaqda davam edir. Rusiya kütləvi şəkildə dezinformasiya yayır. Qarşı tərəfin informasiya məkanındakı məkrli fəaliyyəti davam edir. Bu, Ukraynanın hərbi-siyasi rəhbərliyinə və müdafiə qüvvələrinə qarşı təxribatdır. Bununla yanaşı, düşmən öz əhalisi arasında “xüsusi əməliyyat” adlanan əməliyyatın gedişi ilə bağlı dezinformasiyaları fəal şəkildə yaymaqda davam edir.

Amma onlar ciddi itki verməkdə davam edir. Düşmənin kadr təminatında ciddi problemlər var. Rusiya ordusunun şəxsi heyəti ruhdan düşür. Bu da fərarilik hallarının və işğalçı orduda Ukrayna ərazisindəki müharibədə iştirakdan imtina hallarının artmasına səbəb olub” – məlumatda deyilir.

Gununsesi.info