Müharibədən sonra 4300-dən çox şəhid ailəsi və qaziyə ev verilib

  • By admin
  • 27 Dekabr 2022 11:27

Bu il 20 minə yaxın şəxsə stasionar yarımstasionar və səyyar xidmət göstərilib.

Gununsesi.info xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov ilin yekunlarına dair bu gün keçirilən mətbuat konfransında deyib.

Qurum rəhbəri bildirib ki, Vətən müharibəsindən sonra 4300-dən çox müharibə əlili və şəhid ailəsi mənzil və fərdi evlərlə təmin olunub. Ümumilikdə 13 100 şəxsə mənzil verilib.

Gununsesi.info