

Baş mühasib səfirliyə məxsus 680 min dolları mənimsəməkdə ittiham olunaraq həbs edilib.
Hadisə Qazaxstanın Belarusdakı səfirliyində baş verib.
Gununsesi.info Qazaxstanın korrupsiyaya qarşı mübarizə milli bürosuna istinadən xəbər verir ki, səfirliyin əməkdaşı Seydullin 2012-2015-ci illərdə səfirliyin binasının tikintisini həyata keçriən baş podratçı şirkət olan “Aktivbiznesplyus” adına saxta kassa məxaric orderləri təşkil etməklə, büdcədən 207 min dolları mənimsəyib.
O, eyni zamanda, Belarusun müvafiq vergi orqanlarından səfirliyin ünvanına daxil olan 474 min dollar həcmində Əlavə Dəyər Vergisini mənimsəyib.
Həbs olunan səfirlik əməkdaşı hazırda Astanada istintaq təcridxanasında saxlanılır.
Gununsesi.info