Mükəmməl seksin şifrəlri..

  • By admin
  • 05 Oktyabr 2016 14:59

seks

Cinsi aktivliyin pozulması və zəiflik hərəkətsiz həyatı olanlarda daha sıx nəzərə çarpır.  Daim idmanla məşğul olanların super cinsi həyatı olduğunu söyləyən mütəxəssislərin tövsiyəsi isə  “Hərəkət edin!”dir.

Gununsesi.info sağlamlıqda və cinsi həyatda idmanın faydalarıyla bağlı məsləhətləri təqdim edir. Belə ki, minlərlə kişi səkkiz il boyunca müşahidə edildi və nəticə belə oldu.

Amerika Milli Sağlamlıq və Bəslənmə Araşdırmasında təxminən 4 il boyunca təqib edilən 20 yaş və üzəri 4 min kişinin qiymətləndirməsində, nizamlı fiziki fəaliyyət etməyənlərin ereksiya vəziyyətləri idmanla məşğul olanlara nisbətən  daha pis olub.Üroloji mütəxəssisi Prof. Dr. Muammer Kendirci oturaq həyatı olanlarda, yəni hərəkətsiz olanlarda sərtləşmə pozğunqluğu riskinin yüzdə 40-60 nisbətində daha yüksək müəyyən olunduğunu bildirərək, bunları izah edir.Bir başqa çalışmada isə sərtləşmə pozğunluğu olmayan 40-70 yaş arası 593 kişi 8 il müddətindlə təqib edilib.Bu müddət ərzində  hərəkətsiz həyat yaşayanlarda  sərtləşmə pozğunluğu inkişaf nisbəti yüzdə 31 səviyyəsində ikən, başda hərəkətsiz olub irəliləyən zaman içində nizamlı fiziki fəaliyyət (məşq, idman və s) etməyə başlayanların isə ancaq yüzdə 9-da sərtləşmə pozğunluğu inkişaf edib. 

Beləliklə, kişilərdə cinsəl həyatın güclü olması üçün  istənilən idman növünün faydası var.  Bunun ereksiyanın arzuolunan vəziyyətdə olmasına güclü təsiri var.

Tennis, üzmə, qaçmaq, hətta təmiz havada templi getmək belə sərtləşmə pozğunluğundan qorunmada faydalıdır. Lakin idman növü seçilərkən ediləcək nizamlı fəaliyyətin şəklini təyin etməli,  adamın ağırlığı, imkanları, yaşı da nəzərə alınmalıdır.