Mükafat almaq üçün çıxdığı səhnədə açıqlaması ilə hamını təəccübləndirdi

  • By admin
  • 16 Mart 2018 20:00


“Narin Yarim” mahnısından sonra daha çox tanınan müğənni Banu Parlak mükafat üçün getdiyi tədbirdə maraqlı açıqlama verib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Ən yaxşı çıxış edən qadın sənətçi” mükafatını alan Banu söz demək üçün çıxdığı səhnədə açıqlaması ilə hər kəsi təəccübləndirib.

“Bura gəlməmişdən əvvəl nə deyəcəyimi düşünmüşdüm. Amma həyəcanlandım deyə unutdum. Sevincimdən hamilə halda bura qaça-qaça gəldim. Bu arada, bu xəbəri də nəzərinizə çatdırmış oldum”, – deyə Parlak bildirib.

Qeyd edək ki, müğənni ötən ilin sentyabrında Okan Öztürklə nikah masasına oturub.

Gununsesi.info