“Mükafatın 15 min manatını geri istədilər” -Millimizin futbolçusu: Azərbaycan futbolundan iyrənmişəm

  • Müəllif: admin
  • 26 Noyabr 2018 16:45

Milli komandamızın sabiq üzvü Elhad Nəziri maraqlı fikirlər səsləndirib.

“Gununsesi.org” un “komanda.az”a istinadən yaydığı xəbərə görə, o, futbolçu olduğu dönəmdə aldıqları mükafatdan 15 min manatın geri tələb olunduğunu bildirib: “Karyeramı erkən yaşda başa vurmağımın səbəbi genişdir. Milli komandada  olarkən mənə verilən mükafatın 15 min manatını geri istədilər. Mən də bir-iki futbolçu ilə məsləhətləşdim və pulu vermədim. Ondan sonra 1-2 kluba deyildi bu barədə. Gördüm ki, mümkün deyil heç nə, mən də futbolla vidalaşdım. Artıq Azərbaycan futbolundan iyrənmişəm”.