“Mülki əhaliyə hörmət olaraq, həmin ərazilərə zərbələr endirmirdik”

“Qarabağ sakinlərinə antiterror tədbirləri haqqında məlumat SMS vasitəsilə xəbərdarlıq formasında göndərilmişdi”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XİN-də diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə deyib.

H.Hacıyevin sözlərinə görə, məqsəd mülki əhalini hərbi obyektlərdən uzaq tutmaq olub: “Görünən o oldu ki, hərbi obyektlər mülki əhalinin yaşadığı yerə yaxın yerləşdirilməyə başlanıldı. Biz isə mülki əhaliyə hörmət olaraq, həmin ərazilərə zərbələr endirmirdik. Dünən mina partlaması nəticəsində şəhid olan polis zabitləri və mülki vətəndaşları həlak oldu ki, bu da məhdud antiterror tədbirləri həyata keçirilməsinə məcbur etdi. Mahiyyət etibarilə məhdud həyata keçirilən tədbirlərdə Azərbaycan tərəfi nümayiş etdirdi ki, konkret və selektiv olaraq heç bir şəkildə mülki obyektlərə zərbə endirmir”.

 

Gununsesi.info