Mülki əhalinin heç bir fərq qoymadan hədəfə alınması müharibə cinayətidir -ŞARL MİŞEL

  • By admin
  • 11 Oktyabr 2022 08:30

 

Avropa İttifaqı Şurasının Prezidenti Şarlz Mişel Rusiyanın Kiyevə və Ukraynanın digər şəhərlərinə qarşı zorakı hücumları ilə bağlı bəyanat verib.
Avropa İttifaqından Gununsesi.info-ya daxil olan bəyanatda deyilir:
Mən Rusiyanın Kiyevə və bütün Ukraynaya atdığı dəhşətli və qəbuledilməz zərbələri ən kəskin şəkildə qınayıram.

Qəsdən törədilmiş bu yolverilməz zorakılıq aktlarının qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı veririk.

Mülki əhalinin heç bir fərq qoymadan hədəfə alınması müharibə cinayətidir. Avropa Şurasının hesabatlılığa dair qəti öhdəliyini xatırlayıram: məsuliyyət daşıyanlar məsuliyyətə cəlb olunacaqlar.

Kremlin bu taktikaya əl atması yalnız onun artan çarəsizliyindən xəbər verir.

Avropa İttifaqı Ukraynaya siyasi, maliyyə, hərbi və humanitar baxımdan, eləcə də yenidənqurma və qışa hazırlıq ehtiyaclarını ödəməkdə dəstəkləməyə qətiyyətlə sadiq qalır.

Gununsesi.info