“Münaqişələr heç cür müharibə yolu ilə həll edilə bilməz” - Pedro Aqramunt

  • By admin
  • 23 Yanvar 2017 15:28

aspa

AŞPA-nın Strasburqda keçirilən qış sessiyasının ilk plenar iclasında çıxış edən assambleya sədri Pedro Aqramunt Avropa Şurasına üzv olan ölkələr arasındakı münaqişələrə toxunub. 

Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, P. Aqramunt 2016-cı ilin aprel ayında Ermənistanla Azərbaycan arasında ağır döyüşlərin baş verdiyini xatırladaraq bölgədə gərginliyin hər an alovlana biləcəyini vurğulayıb:

“Biz Avropanın keçdiyi ağır tarixindən bilirik ki, münaqişələr heç cür müharibə yolu ilə həll edilə bilməz. Bizim parlamentar olaraq bu məsələdə rolumuz olduqca əhəmiyyətlidir. Parlament diplomatiyası və dialoqun aparılması çox vacibdir. Assambleyamız münaqişələrin həll edilməsində öz parlament diplomatiyası potensialından maksimum dərəcədə istifadə etməlidir”.

Gununsesi.info